Rəsmi Bakı 54 nəfərin öldüyü qəzanı araşdırır
XİN-in mətbuat katibi Hikmət Hacıyev AzVision.az-a açıqlamasında bildirib ki, artıq bununla bağlı nazirlik Azərbaycanın Rusiyadakı səfirliyinə təlimat verib:
“Xarici İşlər Nazirliyi tərəfindən Rusiyadakı səfirliyimizə təlimat verilib. Səfirliyimiz Rusiyadakı diplomatik kanallar vasitəsilə məsələni araşdırır. Eyni zamanda qəzada zərərçəkən azərbaycanlılarla bağlı Rusiya rəsmi məlumat yaymayıb”.
H.Hacıyev qeyd edib ki, qəzada zərərçəkən azərbaycanlıların sayı ilə bağlı rəsmi məlumat yoxdur.
Qeyd edək ki, Rusiyanın “Dalniy Vostok” gəmisi Oxot dənizində Maqadandan 300 kilometr aralıda batıb. Hadisə zamanı 54 nəfər dünyasını dəyişib. Zərərçəkənlər arasında azərbaycanlılar da var.
Sevinc İltifatqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


