İranlı narkotik qaçaqmalçısı tutulub

İranlı narkotik qaçaqmalçısı tutulub
  02 Aprel 2015    Oxunub:1156
Azərbaycana tiryək keçirmək istəyən İran vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əməliyyat Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindnə keçirilib.

Keçirilən əməliyyat zamanı Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Nourı Manafızadeh Saeıd Ahad oğlunun üzərində narkotik vasitə aşkar edib.

Şəxsi yoxlama zamanı ondan 4 ədəd bükümdə, ümumi xalis çəkisi 218,434 qram olan tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti