Müdafiə nazirləri görüşdü

Müdafiə nazirləri görüşdü
  02 Aprel 2015    Oxunub:1370
Aprelin 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın Müdafiə naziri Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər:  



Xəbər lenti