Heydər Əliyev prospekti bağlanır

Heydər Əliyev prospekti bağlanır
  02 Aprel 2015    Oxunub:1660
Aprelin 3-dən 4-nə keçən gecə Bakıda Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlanacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv şəkildə davam etdirilir. Artıq bir sıra tikinti və yenidənqurma işləri yekunlaşıb. Heydər Əliyev prospektinin bağlanmasında da əsas məqsəd I Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işləri aparmaqdır. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.

AzVision.az


Teqlər:



Xəbər lenti