Vəhşi və sahibsiz heyvanlar peyvənd olunur - İlk dəfə
Onun sözlərinə görə, martın 16-dan respublikada ilk dəfə olaraq vəhşi və sahibsiz heyvanların oral üsulla peyvəndlənməsinə start verilib. Bu məqsədlə Belarusdan 50 min doza miqdarında vaksin alınıb. Hazırlıq işləri başa çatan bölgələrdə, o cümlədən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllının meşə və meşəətrafı ərazilərində quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemin (primanka) səpilməsinə başlanılıb. Abşeron yarımadası və Bakıətrafı ərazilərdə də vəhşi və sahibsiz heyvanların bu üsulla vaksinasiyası həyata keçirilir.
“Vaksini qəbul edən heyvanlarda quduzluğa qarşı immunitet yaranır və bununla da vəhşi təbiətdə bu xəstəliyin qarşısı alınacaq”, - deyə Yolçu Həsənov bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


