Çiskin, yağış, qar - Bu günün havası

Çiskin, yağış, qar - Bu günün havası
  03 Aprel 2015    Oxunub:1676
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaq.

Arabir güclənən cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 03-də bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 9-14, dağlarda gecə 0-4, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir

AzVision.az


Teqlər:



Xəbər lenti