Nazirlikdən “Hafka”ya xəbərdarlıq: Borcunu ödə

Nazirlikdən “Hafka”ya xəbərdarlıq: Borcunu ödə
  03 Aprel 2015    Oxunub:5250
Son zamanlar adı borc qalmaqallarında hallanan azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Bakı” futbol klubu vergidən yayındığı üçün Vergilər Nazirliyin “qara siyahı”sına düşüb.
AzVision.az-ın məlumatına görə, bu barədə nazirliyin rəsmi saytında qeyd olunub.

Məlum olub ki, Hafiz Məmmədov (Hafka ləqəbi ilə tanınır-red) sahibi olduğu “Bakı” futbol klubu vergi borcunu ödəməyən 423 vergi ödəyicisindən biridir.

Nazirlik futbol klubunun rəhbərliyinə vergi borcunu ödəmələri barədə ciddi xəbərdarlıq edib. Borcun məbləği isə açıqlanmayıb.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti