`Bizə qarşı çirkin kampaniya aparılır` - Bahar Muradova

`Bizə qarşı çirkin kampaniya aparılır` - Bahar Muradova
  03 Aprel 2015    Oxunub:2193
“Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunları ilə bağlı beynəlxalq aləmdə bəzi dairələr tərəfindən ölkəmizə qarşı qərəzli qaralama kampaniyası aparılır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova Azərbaycanda səfərdə olan twrk jurnalistlərlə görüşündə bildirib.

Vitse-spiker qeyd edib ki, həmin dairələr bu kampaniyanı daha çox öz nəzarətlərində olan media qurumları vasitəsi ilə həyata keçirirlər: “Çox təəssüflər olsun ki, bəzi beynəlxalq dairələr idmandan da siyasi alət kimi istifadə etməyə çalışırlar, idmanı da siyasətə qatırlar. Bu, qəbulolunmazdır. Eyni zamanda, Azərbaycana qarşı aparılan bu qaralama kampaniyası da heç cür qəbul oluna bilməz”.

B.Muradova Azərbaycan əleyhinə aparılan çirkin kampaniyaya qarşı mətbuatı mübarizəyə səsləyib.

“Hesab edirəm ki, həmin kampaniyaya qarşı bizim media da öz sözünü deməlidir. Bu məsələdə həm Azərbaycan, həm də qardaş Türkiyə mediası birgə fəaliyyət ortaya qoymalıdır”.

B.Muradova bütün cəhdlərə baxmayaraq, Azərbaycanın ilk Avropa Olimpiya Oyunlarına da uğurla evsahibliyi edəcəyini bəyan edib.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti