Fazil Mustafa: `Elman Rüstəmovun əleyhinə səs verdim`
Deputat bunun səbəbini isə belə izah edib: “Arqumentim bu idi ki, Elman Rüstəmov kifayət qədər savadlı və təcrübəli kadrdır, ola bilsin ki, bu iqtidar üçün də xüsusi dəyəri olan kadr sayılır, ancaq heç bir yüksək çinli dövlət məmurunun xalqı aldatmağa mənəvi haqqı çatmır. Manatın devalvasiyası məsələsində mövqeyi haqlı olaraq insanlarımızda əsəb gərginliyinə səbəb olmuşdu”.
Qeyd edək ki, Bu gün Milli Məclisdə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında məsələyə baxılıb. Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyi səsə qoyularaq təsdiq edilib.
Məlumat üçün bildirək ki, E.Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


