Sumqayıtdan Bakıya gələnlərə xoş xəbər

Sumqayıtdan Bakıya gələnlərə xoş xəbər
  04 Aprel 2015    Oxunub:2949
Yeni dəmir yolu vaqonlarının alınması gözlənilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi Bakı və Sumqayıt arasında sərnişindaşımanı sürətləndirmək üçün infrastrukturu yeniləməyi planlaşdırır,

Bu barədə AzVision.az turan-a istinadən xəbər verir.

Martda 63 km uzunluğunda Bakı-Xırdalan-Sumqayıt magistralının əsaslı təmiri başlayıb. Bundan baqa, 1,65 km uzunluğunda əlavə yol çəkiləcək.

Bu layihənin maliyyələşdirilməsi üçün Asiya İnkişaf Bankını cəlb etmək planlaşdırılır. Layihənin reallaşdırılması məsələləri “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşündə müzakirə edilib. Bakı-Sumqayıt dəmir yolunun müasirləşdirilməsi üçün müxtəlif variantlar nəzərdən keçirilib. Həmin variantları SYSTRA konsaltinq şirkəti hazırlayıb.

QSC-nin rəhbəri Cavid Qurbanovun qeyd etdiyinə görə, Bakı-Sumqayıt dəmir yolunun yenidən qurulması sərnişindaşımaya olan tələbatı ödəyəcək və avtomobil nəqliyyatına alternativi təmin edəcək.

Dəmir yolunun müasirləşdirilməsindən başqa yeni dəmir yolu qatarlarının alınması da nəzərdə tutulur.


Teqlər:



Xəbər lenti