Mitinqin qətnaməsini oxuyan qızın atası bu işlərlə məşğuldur – SƏNƏD

Mitinqin qətnaməsini oxuyan qızın atası bu işlərlə məşğuldur – SƏNƏD
  05 Aprel 2015    Oxunub:53748
Redaksiyamıza maraqlı bir sənəd daxil olub. Sənəddən məlum olur ki, qatı müxalifətçiliyi ilə seçilən cəbhəçi gənc Bəyim Həsənlinin atası bir yaşlı qadının evinin əlindən alınması üçün qurulmuş fırıldaqda iştirak edib.

AzVision.az
-ın xəbərinə görə, Bakı şəhəri, B.Məcidov küçəsi, ev 73 ünvanında yaşayan Babayeva Telli Əli qızının Baş Prokuror Zakir Qaralova yazdığı ərizədə deyilir ki, Nəsimi rayon, 41 saylı MKİS-in sədri olmuş Abbasov Əbülfət Əsgər oğlu tərəfindən verilmiş saxta arayışa əsasən ona miras qalmış ev əlindən alınır.

“41 saylı MKİS-in keçmiş rəisi Abbasov Əbülfət Əsgər oğlunun həmin qanunsuz arayışları verməkdə məqsədi mənim mülkiyyətimi ələ keçirmək olub. Belə olmasaydı, Abbasov Əbülfət mülkiyyətimi faktiki olaraq ələ keçirdikdən sonra formal olaraq 2014-cü ildə mənzili qudası Həsənov İsrafil Soltan oğluna “satmazdı”,- deyə ərizədə vurğulanır.

Qeyd edək ki, adı hallanan həmin bu Həsənov İsrafil saxta sənədi verən keçmiş JEK sədri Əbülfət Abbasovun qudası, eyni zamanda cəbhəçi fəal, mitinqlərin qətnaməsini oxuyan Bəyim Həsənlinin atasıdır.

Telli Babayeva ərizəsində daha sonra iddia edir ki, “Abbasov Əbülfət əvvəlcədən cinayətkar dəstə yaratmaqla, məni mülkiyyət hüququmdan məhrum edib. Bu tamah məqsədi ilə olan cinayətə o, qudası Həsənov İsrafil Soltan oğlu (qeydiyyat ünvanı: Xırdalan şəhəri, Abşeron, ev 22, mənzil 28) və Sevil Seyidzadəni də (qeydiyyat ünvanı: Bakı şəhəri, Z.Əliyeva küçəsi, ev 26, mənzil 94) cəlb edib”.

Tariyel Həsənov
AzVision.az








Teqlər:



Xəbər lenti