Nəticələr yaxın günlərdə açıqlanacaq

Nəticələr yaxın günlərdə açıqlanacaq
  06 Aprel 2015    Oxunub:2375
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 5-də sınaq imtahanı keçirib.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, bu gündən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq və nəticələr yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.

İmtahan bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib. İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti