Məktəblərin də saytları açılır

Məktəblərin də saytları açılır
  06 Aprel 2015    Oxunub:3317
Bakı məktəblərinin saytları istifadəyə verilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, ictimaiyyətin ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanlarının genişləndirilməsi məqsədilə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların vahid formada saytlarını istifadəyə verir.

Saytlar vasitəsilə məktəbin nailiyyətləri, rəhbərlik və pedaqoji kollektiv haqqında, məktəbdə baş verən yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür

Maraqlanan şəxslər www.bakimektebleri.edu.az portalına daxil olmaqla ayrı-ayrı məktəblərin saytları ilə tanış ola bilərlər.

AzVision.az


Teqlər:



Xəbər lenti