Novruz Məmmədov prezidentin Ərəbistan səfərindən yazdı

Novruz Məmmədov prezidentin Ərəbistan səfərindən yazdı
  07 Aprel 2015    Oxunub:1963
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında əməkdaşlığlıqdan yazıb.
AzVision.az-ın məlumatına görə, PA rəsmisi twitter səhifəsində qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikası ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmək istəyir:

“Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür”.

Qeyd edək ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 5-dən etibarən Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər ediblər. Səfər zamanı dövlət başçısı bir sıra rəsmi görüşlər keçirib.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti