Müxalifətçilər tanınmış aparıcını şanjat edir - FOTO

Müxalifətçilər tanınmış aparıcını şanjat edir - FOTO
  07 Aprel 2015    Oxunub:4841
Bir qrup müxalifətçi tanınmış teleaparacı Tunay Əliyevaya təzyiq göstərərək onu şantaj edirlər.
Bu barədə aparıcı özünün Facebook səhifəsində məlumat verib. Bildirib ki, sonuncu 5 aprel mitinqindən sonra qonşuluğunda yaşayan müxalifət təmsilçiləri aqresiv şəkildə onu təhqir edirlər.

“Qonşuluğumda müxalifətçilər yaşayır, mən aktrisa və aparıcı olduğumdan dünən çox böyük təhqirlərə məruz qaldım, blokda huşumu itirdim, başım divara dəydi, beyin sirkələnməsi oldu.

Onların aləmində mən dövlət qulluqçusuyam. Hər cür bəhanə tapıb məni müxtəlif cür sözlərlə təhqir etdilər. Bunların əlindən artıq burada yaşaya bilmirəm. Dövlətin əleyhinə istədikləri sözləri danışırlar.

Məni dövlətimə qarşı olmadığım və mitinqlərdə iştirak etmədiyim üçün incidib şantaj edirlər. Sonuncu 5 aprel mitinqindən sonra dəhşət aqrssivləşiblər. Və psixi pozuntusu olan adamlar kimi mənə vətən xaini kimi yanaşırlar. Çox çətindir mənə, atam rəhmətə gedib, tək yaşayıram və qorxuram”-deyə xanım aparıcı qeyd edib.


AzVision.az


Teqlər:  



Xəbər lenti