XİN-dən ölən səfirlə bağlı başsağlığı
O bildirib ki, səfir Hardijs peşəkar diplomat və yüksək əxlaqı keyfiyyətlərə və ləyaqətə malik insan idi: "O, Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəmirdi. Allah rəhmət eləsin!", -deyə XİN rəsmisi söyləyib.
Qeyd edək ki, Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda dünyasını dəyişib. Latviyalı diplomat aprelin 6-da vəfat edib. O, ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayıb.
1967-ci ildə dünyaya gələn H.Baumanis Azərbaycandan əvvəl Litvada səfir və Sankt-Peterburqda baş konsul vəzifələrində çalışıb. Səfirin vəfatını Latviya XİN təsdiqləyərək ailəsinə başsağlığı verib.







Vaxtında, Aydın, Lazımlı!


