“Onların ermənilərdən heç bir fərqi yoxdur” – Siyavuş Novruzov

“Onların ermənilərdən heç bir fərqi yoxdur” – Siyavuş Novruzov
  07 Aprel 2015    Oxunub:2607
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novzurov Müsavat Partiyasının Azərbaycanda keçiriləcək Avropa Olimpiya oyunlarını boykot çağırışına münasibət bildirib.
YAP rəsmisi AzVision.az-a açıqlamasında bildirib ki, bu çağırışlar Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır:

“Azərbaycanı istəməyən qüvvələr var, həmin qüvvələr də daxildə olan bəzi partiyaları özlərinin maliyyə və başqa mənbələri ilə yoldan çıxarıb, Azərbaycan əleyhinə işləməyə vadar edirlər. Azərbaycanı sevən hər hansı bir təşkilat, siyasi partiya, qeyri-hökumət təşkilatı belə addım atmaz. Kimlər ki, xalqına, millətinə bağlı deyil, erməni lobbisinin ayırdığı vəsait hesabına onların təbliğatına qoşulub, Azərbaycandakı Avropa Olimpiya oyunlarını boykot etməyə çağırırsa, artıq onların ermənilərdən heç bir fərqi yoxdur”.

Qeyd edək ki, Müsavat partiyası Məclisinin ötən gün baş tutan iclasında Azərbaycanda iyun ayında baş tutacaq Avropa Olimpiya oyunlarının boykot edilməsi çağırışı ilə bağlı bəyanat yayılıb.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti