Sürücülərə xoş xəbər - FOTO

Sürücülərə xoş xəbər - FOTO
  07 Aprel 2015    Oxunub:1962
İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir.
"Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, paytaxtın 20 yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb. Təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb.

Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür. Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib.Bundan əlavə, 3-cü mkr dairəsindən 20 yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir. İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir.


Teqlər:



Xəbər lenti