Azərbaycan qondarma `nazir`ə cavab verdi

Azərbaycan qondarma `nazir`ə cavab verdi
  07 Aprel 2015    Oxunub:1390
Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunaraq maddi, mənəvi və texniki cəhətdən hərtərəfli təmin olunub.
AzVision.az xəbər verir ki, bu sözlər Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatda qeyd olunub:

Qondarma-separatçı rejimin "müdafiə naziri" Movses Akopyanın verdiyi məğlub xarakterli çıxışı, son zamanlar cəbhədə çoxlu sayda itkilərlə müşahidə olunan uğursuzluqlarının ört-basdır edilməsinə və ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyildir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik, eləcə də ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edir.

AzVision.az


Teqlər:  



Xəbər lenti