Yenidən əfv olacaqmı?
Həqiqətən əfv olacaqmı?
Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunları ərəfsində əfv sərəncamının imzalanacağı barədə iddialara aydınlıq gətirib.
Deputat AzVision.az-a açıqlamasında bildirib ki, bu barədə dəqiq qərar yoxdur:
“Mən də bu informasiyanı mətbuatdan eşidirəm. Əfv sərəncamı imzalanacağı barədə məndə heç bir məlumat yoxdur. Əgər prezident belə addım atacaqsa, biz bunu alqışlayacağıq. Bu birbaşa prezidentin səlahiyyətində olan məsələdir”.
Azərbaycanın Xalq şairi, Prezident yanında Əfv Komissiyasının üzvü Zəlimxan Yaqub əfvin olacağı haqda müzakirələr aparılmadığını deyib:
“Mənim heç bir məlumatım yoxdur. Əfv sərəncamı yeni imzalanıb, növbəti necə ola bilər?”.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan prezidenti İlham Əliyev bu il martın 18-də əfv sərəncamı imzalayıb. Sərəncam 101 məhkuma şamil olunub. Onlardan 90 nəfər həbsdən buraxılıb, 7 nəfərin cəriməsi bağışlanıb, 4 nəfər isə islah işlərindən azad olunub.
Fatimə Kərimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


