Nazir redaktorlarla görüşdü - FOTO

Nazir redaktorlarla görüşdü - FOTO
  08 Aprel 2015    Oxunub:2361
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən informasiya agentlikləri, qəzet, sayt və jurnalist təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.
AzVision.az xəbər verir ki, Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Tədbirdə qaldırılan mövzular nazirlikdə aparılan islahatlar, yeni şöbələrin yaradılması, Üçüncü Dünya Mədəniyyət Forumuna və Avropa Oyunlarına hazırlıqlardan ibarətdir.

Görüşdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Azərbaycanın idman jurnalistləri Avropa Olimpiya Oyunlarında olacaq 20 idman növünün hamısından yaza biləcək qədər ixtisaslı deyillər. Jurnalistlərimiz ancaq özümüzdə olan idman növlərindən yaza bilirlər.

Nazir Əbülfəs Qarayev isə bildirib ki, onlar öz informasiya şəbəkələrini düzgün qurmayıblar. Bu məqsədlə internetdə informasiya siyasətini düzgün qurmaq üçün yeni xidmət yaradılıb. Xidmet 3 şöbədən ibarətdir.

AzVision.az


Teqlər:  



Xəbər lenti