`Onlar işdən özləri çıxıblar` - `AzTV-dən Açıqlama

`Onlar işdən özləri çıxıblar` - `AzTV-dən Açıqlama
  08 Aprel 2015    Oxunub:2755
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) yeni baş direktor ştatı yaradılıb.
Bu barədə AzVision.az-a AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova məlumat verib. Bildirib ki, yeni yaradılan baş direktor postuna Elsəvər Dünyamalıyev təyin olunub.

“Həmçinin “İdman Azərbaycan” kanalının direktorunun səlahiyyətləri də Elsəvər Dünymalıyevə verilib”.

X.Qasımova son günlər AzTV-də baş verən kadr dəyişiklərinə də münasibət bildirib. Onun sözlərinə görə, Etibar Babayev, Elnur Məmmədov, Rəsul Ələkbərov öz ərizələri ilə işdən ayrılıblar.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti