Azərbaycanlı Türkiyədə deputatlığa namizəd oldu
Qeyd edək ki, əslən azərbaycanlı olan Səfər Qaraqoyunlu 1963-cü ildə Türkiyənin İğdır bölgəsinin Qaraqoyunlu ilçəsində doğulub, Anadolu Universitetinin İctimaiyyətlə əlaqələr bölümünü bitirib. Hazırda İstanbulda yaşayan diaspor fəalı 2010-cu ildə İstanbul Türkiyə Azərbaycan Dərnəyini (“İS-TAD”) təsis edərək Türkiyədə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətə başlayıb. Bu illər ərzində S.Qaraqoyunlunun rəhbərlik etdiyi təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və onun nəticələrinin Türkiyə ictimaiyyətinə çatdırılması, həmçinin Azərbaycan mədəniyyəti, incəsənətinə həsr olunmuş onlarla müxtəlif səpkili tədbirlər həyata keçirib.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinə seçkilər 2015-ci il iyun ayının 7-də keçiriləcək.







Vaxtında, Aydın, Lazımlı!


