Maşın almaq istəyənlərə Xəbərdarlıq (VİDEO)
Maşın ustaları bildirir ki, Gürcüstanda iki müxtəlif avtomobil hissəsindən yığılan maşınlar daha çox furqon olaraq adlandırılan unversal modellərdir. Yavər Məmmədov da elə bu şəbəkənin toruna düşənlərdən biridir. Maşın ustaları belə halların ancaq avtomobili ciddi diaqnostika etdikdə üzə çıxdığını bildirirlər.
Ustalar bu məsələdə vətəndaşları diqqətli olmağa və maşını almazdan qabaq onu sürməyi, alt hissəsinə baxdırmağı məsləhət görürlər. Bu zaman isə xüsusi məqamlara diqqət etmək lazımdır. Əgər peşəkarların dediklərinə diqqət edilməzsə nəticəsi ağır ola bilər. Çünki belə avtomobillərin qəza riski çox yüksəkdir. Sürücülərin problemdən çıxış yolu barədə fikirləri isə müxtəlifdir. (Xəzər Xəbər)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


