Rüşvət alan xanım məmur tutulub - Açıqlama
X.Ağayevanın iş otağında axtarış zamanı istintaq üçün əhəmiyyət kəsb edən müxtəlif sənədlər, o cümlədən digər vətəndaşlardan əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı onların adları və soyadlarının qarşısında rüşvət kimi aldığı ehtimal edilən məbləğlərə dair qeydlər aparılmış sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Göstərilənlərlə yanaşı X.Ağayevanın korrupsiya hüquqpozmaları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Biləsuvar və Cəlilabad rayon sakinlərindən daxil olmuş 52 müraciət üzrə zəruri araşdırmalar aparılmaqla qanunamüvafiq qərarların qəbul edilməsi təmin ediləcəkdir.







Vaxtında, Aydın, Lazımlı!


