Gömrük proseduru dəyişdi - Qərar
Qərara əsasən, Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 5.5-ci bəndinin birinci cümləsində “3 (üç)” sözləri “2 (iki)” sözləri ilə əvəz edilib. Yəni, daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən baxılma müddəti azaldılıb. Əvvəl daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən 3 (üç) iş günü müddətində baxılırdı.
Qeyd edək ki, bu qaydaların 5.6-cı bəndində göstərilən hallar mövcud olmadıqda, malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə kağız üzərində yazılı və ya elektron formada icazə verilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə dərhal məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqda, müraciətə 1 (bir) iş günü müddətində yenidən baxılır və müvafiq qərar qəbul edilir.







Vaxtında, Aydın, Lazımlı!


