ATV-dəki ixtisarlarla bağlı AÇIQLAMA

ATV-dəki ixtisarlarla bağlı AÇIQLAMA
  10 Aprel 2015    Oxunub:4360
"Azad Azərbaycan" Teleradio Şirkəti telekanalda kütləvi ixtisarların aparılması ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

Telekanalın mətbuat əlaqələndiricisi Vaqif Aydınoğlu AzVision.az-a açıqlamasında deyilənlərin əsassız olduğunu bildirib:

“Məsələ ilə bağlı məlumatı yayan saytlardakı həmkarlarımızın istinad etdiyi mənbəyə müraciət etməyi məsləhət bilirik. Əgər “mənbə”nin məlumatı əldə olunduqdan sonra saytlar informasiyanı dəqiqləşdirmək üçün ATV-yə müraciət etmədən bu xəbəri dərc edibsə, bu məlumatın dəqiqləşdirilməsi məsuliyyəti də sözügedən mənbənin və saytların uzərinə düşür.

Öz növbəmizdə isə həmkarlarımızı dəqiqləşdirilməmiş məlumatları yerləşdirmədən öncə qanunvericiliyin normalarını və fəaliyyətdə olan bu və ya digər təşkilatın ictimai nüfuzuna vura biləcəkləri zərbənin nəticələrini nəzərə almağa çağırırıq. Bir daha diqqətnizə çatdırırıq ki, bilərəkdən şişirdilmiş formada yayılmış bu informasiyanın heç bir əsası yoxdur”.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti