Bu gün hava pis olacaq

Bu gün hava pis olacaq
  11 Aprel 2015    Oxunub:1384
Bu gün Bakıda güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir yağış yağacaq.

Havanın temperaturunun gecə 4-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Aprelin 11-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  



Xəbər lenti