Hərbçilərimiz beynəlxalq tədbirdə

Hərbçilərimiz beynəlxalq tədbirdə
  11 Aprel 2015    Oxunub:1491
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 13-dən 17-dək Marmaris şəhərində (Türkiyə) dəniz təhlükəsizliyi və piratlığa qarşı mübarizə kursu, aprelin 13-dən 24-dək İzmir şəhərində (Türkiyə) hava sahəsinə nəzarət və idarəetmə kursu, aprelin 13-dən 27-dək isə İstanbul şəhərində (Türkiyə) Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Türkiyə Quru Qoşunları Akademiyası arasında müəllim mübadiləsi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


Teqlər:



Xəbər lenti