İlham Əliyev Astaradadır - Yenilənib

İlham Əliyev Astaradadır - Yenilənib
  11 Aprel 2015    Oxunub:2373
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astara rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda görülən işlər barədə məlumat verib

***

Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub.

Çay fabriki ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astarada Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak edib.

Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astaranın dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev park-bulvar kompleksində görülən işlərdən məmnunluğunu bildirdi, tapşırıq və tövsiyələrini verdi.

AzVision.az


Teqlər:  



Xəbər lenti