Hava pis olacaq: yenə qar yağacaq
Havanın temperaturunun gecə 4-6, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.
Aprelin 12-də Azərbaycanın rayonlarında arabir yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 isti olacağı gözlənilir.







Vaxtında, Aydın, Lazımlı!


