Azərbaycanlılar Türkiyədə qəzaya düşdü

Azərbaycanlılar Türkiyədə qəzaya düşdü
  11 Aprel 2015    Oxunub:2401
Azərbaycanlılar Türkiyədə avtomobil qəzasına düşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayserinin Talas bölgəsində Atatürk bukvarının yaxınlığında iki maşın toqquşub.

Azərbaycan əsilli S.M.-nin idarə etdiyi "38 DV 005" nömrəli cip qarşıdan gələn avtomobillə toqquşub və həmyerlimiz yaralanıb.

Hadisə nəticəsində avtomobillərdən biri yol dirəyinə dəyərək dayanıb. Qəza nəticəsində cipdə olan Azərbaycan əsilli M.M (19) və F.D (34) yaralanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım maşınları yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıb. Yaralıların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.



Teqlər:



Xəbər lenti