AzVision.az-ın məlumatına görə, dövlətimizin başçısı şəhərin mərkəzindəki Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoydu.
Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə Parkında aparılan abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, burada sakinlər və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Ölkə başçısı daha sonra Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Səfəri zamanı Prezident İlham Əliyev aprelin 11-də Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Mərkəzlə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
***
Prezident İlham Əliyev həmçinin Lənkəranda yeni inşa olunan uşaq bağçasının açılışında iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev görülən işlərdən razılığını bildirib.
***
Ölkə başçısı Lənkəran şəhərinə səfəri çərçivəsində yeni yaradılan “Gilan aqro-sitrus” təsərrüfatı ilə tanış olub.
***
Prezidenti İlham Əliyev aprelin 11-də Lənkərana səfəri çərçivəsində Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu ilə tanış olub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


