Azərbaycanda ilk dəfə keçiriləcək

Azərbaycanda ilk dəfə keçiriləcək
  11 Aprel 2015    Oxunub:1520
Azərbaycanda ilk dəfə olaraq Azərbycan-Türkiyə Onkoloji günlərinin keçirilməsi tarixi dəqiqləşib.
AzVision.az xəbər verir ki, 10-13 sentyabr tarixlərində baş tutacaq konfransda yerli və türkiyəli mütəxəssislərin iştirakı ilə dövrün ən aktual onkoloji xəstəlikləri müzakirə ediləcək.

Onkologiyanın aktual problemlərinə həsr olunmuş konfrans günlərində Bakıda digər türkdilli ölkələr də daxil olmaqla 300-ə yaxın nüfuzlu tədqiqatçı və aparıcı mütəxəssislər onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi, cərrahiyyənin müxtəlif aktual problemləri, onkologiyanın qarşısında duran vəzifələr barədə fikir mübadiləsi aparacaqlar.

Beynəlxalq konfransda ilk dəfə olaraq Türkdilli Ölkələrin Onkoloji Dərnəyinin yaradılacağı nəzərdə tutulub.

AzVision.az


Teqlər:  



Xəbər lenti