`Bu çox pis haldır` - Novruz Məmmədov (VİDEO)
ANS TV-nin məlumatına görə, bu sözləri PA-nın şöbə müdüri Novruz Məmmədov prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına etdiyi səfəri şərh edərkən deyib. Novruz Məmmədov həmçinin Səudiyyə Ərəbistanın Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin əsas müttəfiqlərindən olduğunu da vurğuluyub:
“Azərbaycan üçün prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi Dağlıq Qarabağ münaqişəsi həmişə mühüm məsələ kimi ortaya qoyulur. Bir tərəfdən də ona görə ki, son vaxtlar beynəlxalq birlik bununla bağlı bəyanatlardan o tərəfə vahid koordinasiya olunmuş mövqe nümayiş etdirə bilmir, ya etmir ya da etdirmək istəmir. Bu da çox pis haldır. Ona görə də bizim özümüz üçün müttəfiqlərimizi qiymətlərdirməyimiz lazımdır”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


