`Metropark`da kütləvi zəhərlənmə - VİDEO (YENİLƏNİB)

`Metropark`da kütləvi zəhərlənmə - VİDEO (YENİLƏNİB)
  13 Aprel 2015    Oxunub:3817
Hadisə zamanı ümumilikdə 27 nəfər həkimə müraciət edib.
“Metropark” ticarət mərkəzində baş verən kütləvi zəhərlənmə ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 27 zərərçəkən gətirilib.

Bunu APA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, xəstələrin vəziyyəti orta ağır olub: “Zərərçəkənlərin hamısı müayinə olunaraq tibbi yardım göstərilib. Onların hamısı artıq evlərinə buraxılıb”.

***

Nərimanov rayonunda fəaliyyət göstərən ticarət mərkəzində baş verən zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, hazırda Nərimanov Rayon Prokurorluğu, Rayon Polis İdarəsi, Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin aidiyyəti qurumlarının iştirakı ilə hadisə yerinə baxış keçirilir.

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Qeyd edək ki, Bakıda "Metropark" ticarət mərkəzində yeraltı dayanacaqda dəm qazından 30-dan artıq insan zəhərlənib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən bildirilib ki, şöbəyə 15 xəstə daxil olub. Vəziyyətləri orta ağır qiymətləndirilir.



AzVision.az


Teqlər:  



Xəbər lenti