Nəticələr yaxın günlərdə açıqlanacaq

Nəticələr yaxın günlərdə açıqlanacaq
  13 Aprel 2015    Oxunub:1410
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 12-də növbəti sınaq imtahanı keçirib.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı, Balakən, Ağcabədi, Ucar, Bərdə, Ağdam, Şəmkir, Gədəbəy, Ağstafa, Göyçay, Ağsu, Goranboy, Qəbələ, Sabirabad, Şirvan, Lənkəran, Astara, Xaçmaz və Qusar şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 64 binada təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun keçirilib.

Bildirilib ki, bu gündən etibarən komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılıb. Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:



Xəbər lenti