Səfərbərliklə bağlı rəsmi açıqlama

Səfərbərliklə bağlı rəsmi açıqlama
  13 Aprel 2015    Oxunub:3545
Azərbaycanda ehtiyatda olan hərbçilər yenidən hərbi təlimlərə çağırılıblar.
Bu barədə AzVision.az-a Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hərbi təlimlər bundan sonra mütəmadi olaraq davam edəcək: “Azərbaycan Respublikası Prezidentinin Ali Baş Komandanın təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrdə keçirilən təlimlərə Azərbaycan ordusunda xidmət keçmiş ehtiyatda olan vətəndaşlar cəlb olunurlar. Bu təlimlərə tələb olunan hərbi uçot ixtisası hərbi vəzifəlilər cəlb olunur və onların cəlb olunma qaydaları "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsində nəzərdə tutulub. Vətənimizin müharibə şəraitində olması səbəbindən, ordumuzu düşmənə layiqli cavab verməyə daim hazır saxlamaq məqsədilə belə təlimlər mütəmadi olaraq davam edəcək”.

Qeyd edək ki, AzVision.az-a daxil olan məlumata görə, həqiqi hərbi xidmətlərini başa vuran əsgərlər yenidən qeydiyyatda olduqları hərbi komissarlıqlara çağırılıblar.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti