MTRŞ 3 telekanaldan niyə narazıdır?
Bildirilib ki, “İTV”də “Salam, əsgər”, ATV-də “Komando”, ANS-də “Marş”, “Region” televiziyasında “Əsgər” adlı hərbi-vətənpərvərlik verilişlərinin yayımlanması müsbət haldır:
“Lakin elə televiziyalar vardır ki, onların efir səbətində ümumiyyətlə hərbi-vətənpərvərlik mövzusunda verilişlərə rast gəlinmir. Bunlar “Space”, “Xəzər”, “Lider” kanallarıdır. Halbuki, həmin telekanalların efirində saatlarla kommersiya xaraterli verilişlər yayımlanır. Əlbəttə, ölkəmizin müharibə şəraitində olduğu bir vaxtda telekanalların efir siyasətində bu cür boşluqlara yol verməsi ilə əsla razılaşmaq olmaz”.
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


