Əhalinin nəzərinə: son iki gün qaldı

Əhalinin nəzərinə: son iki gün qaldı
  13 Aprel 2015    Oxunub:4328
İki gündən sonra “Azəristiliktəchizat”ASC tərəfindən dövlət müəssisələrinə və mənzillərə istiliyin verilməsi müddəti başa çatır.
Belə ki, ölkəmizdə istilik sistemi ilə təchizat beş ay nəzərdə tutulub: noyabrın 15-dən aprelin 15-nə qədər.

Son günlər havanın qeyri-sabit keçməsi ilə əlaqədar bu müddətin uzadıla biləcəyi ilə maraqlandıq.

“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, istiliyin verilməsinin dayandırılması və vaxtından əvvəl başlanması Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə tənzimlənir.

Onun sözlərinə görə, yaxın günlərdə havaların mülayim keçəcəyi gözlənilir və çox güman ki, istiliyin verilməsi bağlanacaq: “Bununla bağlı sərəncam olsa, uzadıla bilər. İstilik sisteminin verilməsinin vaxtının uzadılması norma və qaydalara uyğun olaraq orta sutkalıq temperatur 8 dərəcədən aşağı olduğu halda davam etdirilə bilər. Hazırda orta sutkalıq tempertaur 8 dərəcədən yuxarıdır. Çox güman ki, ayın 15-dən sonra daha yüksək olacaq”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti