Azərbaycanda polisə pul atdılar - Cinayət

Azərbaycanda polisə pul atdılar - Cinayət
  13 Aprel 2015    Oxunub:2695
AzVision.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Mühafizə İdarəsinin rəis müavini Novruz Mikayılov oğlunu hüquq-mühafizə orqanlarında işə düzəltmək məqsədilə Yaşar Sərdar oğlu Həbibovla razılığa gəlib. Həmin şəxsə 16 min manat pul verən rəis müavini bir neçə ay gözləyəndən sonra oğlunun işə düzəlmə məsələsinin alınmadığını görüb.

Bu səbəbdən N.Mikayılov Y.Həbibovun qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra rəis müavininin 8 min manat pulu Y.Həbibov tərəfindən geri qaytarılıb.

Rəis müavininə dəyən ziyanın tam ödənilməsi istiqamətində araşdırmalar davam etdirilir.


Teqlər:  



Xəbər lenti