33 tibb işçisi cəzalandırıldı

 33 tibb işçisi cəzalandırıldı
  13 Aprel 2015    Oxunub:1560
1 məlumat üzrə cinayət xarakterli pozuntu olduğundan toplanmış materiallar Baş Prokurorluğa göndərilib
2015-ci ilin ilk 3 ayı ərzində Səhiyyə Nazirliyinə vətəndaşlar tərəfindən daxil olan 439 şikayət Hüquq və daxili nəzarət sektoru tərəfindən araşdırılıb.


Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı pozuntu halları aşkarlanaraq 33 nəfər tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb. 1 məlumat üzrə cinayət xarakterli pozuntu faktı aşkarlandığından toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

42 müraciət təkrar olub.
(Apa.az)


Teqlər:



Xəbər lenti