`Ermənilərə necə qalib gələcəyimizi bilirəm" - Çingiz Abdullayev
Televiziyada yayımlanan proqramlardan narazılığını bildirən Ç.Abdullayev şikayətini bu cür ifadə edib: "Bütün günü səhərdən axşamadək efirdə çalırıq, oynayırıq. Orada qadınlar yeyib-içirlər. Hər hansı bir kitabın reklamını görməmişəm. Axşamadək ya şou-biznes, ya da şadlıq evlərinin reklamları gedir".
O, futbol oyunlarının efir vasitəsilə təbliğindən də danışıb: "Təbii, bunlara baxıb ermənilərin ürəyi partlayacaq ki, bu, necə millətdir. Səhərdən axşamadək yeyir, içir, oynayır. Mən bunun qəti əleyhinəyəm. Heç olmasa ağıllı kitabın, futbolun reklamı olsun". (report.az)







Vaxtında, Aydın, Lazımlı!


