“Ermənilərdən də betərdirlər...” - Spikerin cavabı

“Ermənilərdən də betərdirlər...” - Spikerin cavabı
  14 Aprel 2015    Oxunub:1629
“I Avropa Oyunlarının yaxınlaşması ilə əlaqədar həm daxili, həm də xarici təşkilatlar bu və ya digər şəkildə, qeyri-hökumət təşkilatlarının vasitəsilə Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirirlər”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, son günlər belə bir bəyanat yayılıb ki, ölkədə korrupsiya halı baş alıb gedir.

“Lakin qeyd edim ki, Azərbaycanda hər zaman korrupsiyaya qarşı mübarizə aparılıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ilk gəlişindən bu günə kimi bu proses davam edir. Azərbaycan az-az ölkələrdəndir ki, burada Baş Prokurorluq yanında Korrupsiya komissiyası fəaliyyət göstərir və burada müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edir. Dünyanın hər yerində bu bəla var. Təəssüf ki, bəzi qurumlar Azərbaycanda beynəlxalq tədbirlərin yaxınlaşması ilə əlaqədar ölkənin adını hallandırmağa daha çox üstünlük verirlər”.

Deputatın sözlərinə görə, Azərbaycan xalqının, dövlətçiliyinin əleyhinə işləyən siyasi partiyalar, qeyri-hökumət təşkilatları var ki, ölkəmizə ləkə yaxmağa çalışırlar.

“Onlar da həmin qüvvələrin sifarişi əsasında bu gün Azərbaycanda aksiyalara çağırma, ayrı-ayrı müraciətlər qəbul etmə, hətta partiya səviyyəsində bəyanatlar elan edirlər ki, Azərbaycandakı oyunlarda iştirak etməsinlər. Bütün bunlar onun göstəricisidir ki, onlar eyni mənbədən, erməni lobbisinin maliyyəsi hesabına bu addımları atırlar. Milli Məclisdə bu məsələyə ciddi münasibətimizi bildirməliyik. Bu cür antimilli insanların fəaliyyətinə qiymət verməliyik”.

Spiker Oqtay Əsədov isə S. Novruzova belə cavab verib. “Ermənilər özləri bu idman oyununda iştirak edəcəklər. İndi ehtiyac varmı bunun müzakirəsinə?.. Bu, millət üçün bəllidir. Yarışa qarşı çıxanlar ermənilərdən də betərdir”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti