Vüqar Gülməmmədovun hesabatı qəbul edildi
Onun sözlərinə görə, hesabat ilində aparılan nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar Milli Məclisə təqdim olunub, cinayət əlamətləri ehtimal olunan 4 tədbirin nəticələri üzrə müvafiq materiallar Respublika Baş Prokurorluğuna göndərilib. Hesabat ilində 5 təşkilatda palata tərəfindən ilk dəfə olaraq nəzarət tədbiri həyata keçirilib. Nəticələri haqda kollegiya qərarı qəbul olunan 80 nəzarət tədbiri 126 qurumun (dövlət əsaslı vəsait qoyuluşları üzrə ayrı-ayrı layihələr nəzərə alındıqda 188) fəaliyyətini əhatə edib. V. Gülməmmədov qeyd edib ki, 2014-cü ildə aparılan audit tədbirləri zamanı qanunun tələbləri gözlənilmədən 294 mln. manat vəsaitin satınalma proseduru keçirilmədən xərc olunduğu müəyyən edilib:
"Hər bir nəzarət obyektində rast gəlinən ikinci nöqsan vəsaitlərin təyinatı üzrə istifadə olunmamasıdır. Bu kimi tədbirlərlə yanaşı, 323,5 ştat vahidinin və 11 qrupun ləğvi təmin olunub. Ümumilikdə, bu ştat vahidləri və qrupların ləğv edilməsi ilə orta hesabla il ərzində 1,9 mln. manat əlavə vəsaitin istifadəsinin qarşısı alınıb".
Müzakirədən sonra hesabat qəbul edilib.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


