150 minlik saxta içki aşkarlandı
Tədbir zamanı saxta aksiz markaları ilə markalanmış 150,3 min manat məbləğində 86419 ədəd müxtəlif adlı və həcmli alkoqqollu içkilər (“Mont blanc” - 0.5l və 0.7l, “Ruska” - 0.5l və 0.7l, “Zernovoy sklad” - 0.25l, 0.5l və 0.7l, “Melnik” - 0.25l, 0.5l və 0.7l, “Bakinskiy Standart” - 0.25l, “Bakinskaya marka” - 0.25l, “Qosudar” - 0.5l və s.) aşkarlanıb, bəzi məhsulların üzərində seriyası və nömrəsi olmayan aksiz markaları müəyyən edilib.
2015-ci ilin ötən dövrü ərzində 6 vergi ödəyicisi tərəfindən 43 min 811,9 manatlıq aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktları aşkar edilib və hər bir fakt üzrə cinayət işi başlanılıb.
Vergilər Nazirliyi xəbərdarlıq edir ki, aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, bu cür fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcəkdir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


