Goranboy sakini minaya düşdü

Goranboy sakini minaya düşdü
  15 Aprel 2015    Oxunub:1745
Azərbaycan vətəndaşı qoşunların təmas xəttinə yaxın ərazidə minaya düşüb.
AzVision.az “Report” a istinadən xəbər verir ki, Goranboy rayonunun Zeybə kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Nüğəddin oğlu Kərimov piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıb.

Goranboy Rayon İcra Hakimiyyəti başcısının birinci müavini Elçin Cahangirov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, yaralı rayon mərkəzi xəstəxanasına aparılıb. N.Kərimovun sol ayağı amputasiya olunub.

AzVision.az


Teqlər:  



Xəbər lenti