Nazir Bibiheybət ziyarətgahında - FOTO

Nazir Bibiheybət ziyarətgahında - FOTO
  15 Aprel 2015    Oxunub:1571
İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 15-də Bibiheybət ziyarətgah kompleksi ilə tanış olub.
AzVisiona.az-ın məlumatına görə, nazirə məlumat verilib ki, VII əsrin yadigarı sayılan Bibiheybət ziyarətgahı sovet dövründə repressiyaya məruz qalib. 1934-cü ildə buradakı məscid dağıdılıb. Ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizə dərindən bağlılığı sayəsində bu ziyarətgah bərpa olunub.

Ümummilli Lider 1994-cü ilin martında bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də isə burada yeni məscid kompleksinin bünövrəsi qoyulub. Bir il sonra Ulu Öndərin iştirakı ilə məscidin əsas korpusunun açılış olub. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Bibiheybət ziyarətgah kompleksində inşaat və tərtibat işləri klassik Şərq memarlığı üslubunda aparılıb. Ziyarətgah kompleksi 2008-ci il iyulun 12-də istifadəyə verilib.

İranlı qonaqlar ölkəmizdə dini dəyərlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, ziyarətgah kompleksində aparılan yenidənqurma işlərinin bunun bariz nümunəsi olduğunu bildiriblər.


Teqlər:



Xəbər lenti