“Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

“Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
  15 Aprel 2015    Oxunub:1421
“Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində, xüsusilə Xocalı məsələsinə ədalətli qiymətin verilməsində daim Azərbaycanın suveren hüququnu dəstəkləyir və sülhün bərqərar olmasını istəyir”.
AzVision.az-ın məlumatına görə, bunu TürkPA-nın Qazaxıstandan olan baş katibi Jandos Asanov deyib.

J. Asanov bildirib ki, bu, Qazaxıstan rəhbərliyinin birmənalı mövqeyidir və rəsmi Astana Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllini tələb edir:

“Bütün bu tələblərin fonunda Qazaxıstan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanın yanındadır”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti