Gədəbəydə kütləvi dava: qan töküldü

Gədəbəydə kütləvi dava: qan töküldü
  16 Aprel 2015    Oxunub:1958
Gədəbəydə kütləvi dava olub.
AzVision.az-ın Kəpəz TV-yə istinadən məlumatına görə, ötən gün Gədəbəy rayonunun Qaradağ kəndində kütləvi dava zamanı Zəhmət kənd sakini 25 yaşlı Nurlan Aslanov bıçaqlanıb. Dərhal Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılan yaralıya ilkin tibbi yardım göstərilib. Yaralının vəziyyəti ağır olduğundan Şəmkir Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Əməliyyat olunan yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, hələlik kütləvi davanın iştirakçıları və Aslanovun kim tərəfindən bıçaqlandığı məlum deyil. Polis bu istiqamətdə araşdırmalarını davam etdirir.

AzVision.az


Teqlər:  



Xəbər lenti